Modern.az

Sabunçuda qadın kişini qətlə yetirdi

Sabunçuda qadın kişini qətlə yetirdi

Hadisə

30 May 2024, 09:56

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Sabunçu rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

 

****

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU