Modern.az

FHN əməkdaşları vətəndaşın hasarını sökdü - VİDEO

FHN əməkdaşları vətəndaşın hasarını sökdü - VİDEO

Hadisə

30 May 2024, 13:04

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU