Modern.az

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

Hadisə

2 İyun 2024, 14:12

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

 

Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə təxminən 65-70 yaşlı kişidir.

 

***

13:50

 

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

 

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

 

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

 

***

13:26


Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

 

Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU