Modern.az

Tovuzda FACİƏ: Maşın Kürə aşdı, 3 nəfər batdı

Tovuzda FACİƏ: Maşın Kürə aşdı, 3 nəfər batdı

Hadisə

3 İyun 2024, 09:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.

 

***

09:04

Tovuzda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

 

Hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb.

 

Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

 

Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU