Modern.az

Qaçırdığı maşınla qəza törədən şəxs TUTULDU

Qaçırdığı maşınla qəza törədən şəxs TUTULDU

Hadisə

3 İyun 2024, 10:16

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb. O, Yevlax şəhərində saxlanılıb.

 

Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

 

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?