Modern.az

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

3 İyun 2024, 12:50

Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Hazırda ona tibbi yardım göstərilir, şəxsin kimliyi dəqiqləşdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir