Türkiyənin Zonquldak vilayətində kömür mədəni çöküb. Uçqun altında qalan iki işçidən biri xilas edilib, digərinin çıxarılması istiqamətində işlər davam etdirilir.
Modern.az xəbər verir ki, hadisə Türkiyə Daşkömürü Anonim Ortaqlığına bağlı Gelik bölgəsində yerləşən mədənin mənfi 360-cı qatında baş verib.
Bölgəyə xilasedicilər cəlb olunub. İkinci işçinin axtarışları davam edir.