Modern.az

Bursada meşəlik ərazi yanır

Bursada meşəlik ərazi yanır

Hadisə

4 İyun 2024, 17:00

Türkiyənin Bursa vilayətinin Orhaneli bölgəsində yerləşən meşəlik ərazidə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 38 quru texnikası, 3 helikopter və iki ədəd 2 AT 805 tipli yanğınsöndürmə təyyarəsi cəlb olunub.

 

Yerli vaxtla təxminən saat 13.30 radələrində başlayan yanğın bölgədə əsən küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılıb. Alovlara müdaxilə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir