Modern.az

Avtobuslarda 60 nəfəri soyan cibgirlər ələ keçdi - FOTO

Avtobuslarda 60 nəfəri soyan cibgirlər ələ keçdi - FOTO

Hadisə

5 İyun 2024, 13:58

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən məlumat verilib.

38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.
 

V.Həsənov əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.
 

Araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir