Modern.az

Lənkəranda 67 yaşlı piyadanı maşın vurub

Lənkəranda 67 yaşlı piyadanı maşın vurub

5 İyun 2024, 15:03

Lənkəran rayonunun “Şiləvar dörd yolu” deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub. Baş nahiyyəsindən xəsarət alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB