Modern.az

Ağcabədidə dəhşətli cinayət: Bacısını dəmir linglə öldürdü

Ağcabədidə dəhşətli cinayət: Bacısını dəmir linglə öldürdü

6 İyun 2024, 08:56

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linglə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

 

***

07:42

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB