Modern.az

Qusarda maşın piyadanı vuraraq öldürüb

Qusarda maşın piyadanı vuraraq öldürüb

Hadisə

7 İyun 2024, 08:45

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, iyunun 6-sı saat 18:30 radələrində rayon sakini, Şənlik Qaziyev idarə etdiyi “İSUZU” markalı avtomobillə yolu keçən piyada, 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

 

Müxtəlif dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza