Modern.az

Kombayn sürücüsü faciəvi şəkildə öldü

Kombayn sürücüsü faciəvi şəkildə öldü

7 İyun 2024, 15:00

Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Sarıca kəndində baş verib.

 

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini təmir edərkən maşın hərəkətə gəlib və o, texnikanın altında qalaraq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB