Modern.az

Naxçıvanda iki nəfər yaralandı

Naxçıvanda iki nəfər yaralandı

9 İyun 2024, 22:30

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan Sağlamlıq Mərkəzinin yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı və 1961-ci il təvəllüdlü Fəziyeva Hüsniyyə Həzi qızı ciddi xəsarət alıb. Zərərçəkmişlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB