Modern.az

Sərnişin metroda dünyasını dəyişdi 

Sərnişin metroda dünyasını dəyişdi 

9 İyun 2024, 23:26

Bakı metrosunun "Koroğlu" stansiyasında hadisə baş verib.

 

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

 

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB