Modern.az

3-cü sinif şagirdi 7-ci mərtəbədən yıxılıb öldü 

3-cü sinif şagirdi 7-ci mərtəbədən yıxılıb öldü 

11 İyun 2024, 00:09

Binəqədi rayonu 157 saylı orta məktəbin 3-cü sinif şagirdi Məmmədzadə Tuncay Nurlan oğlu faciəli şəkildə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə məktəbin sosial media hesabında paylaşım edilib.

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, o, Binəqədidə 7-ci mərtəbədən, yaşadığı evin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi