Modern.az

Qəbələdə avtomobil təmiri sexi yandı

Qəbələdə avtomobil təmiri sexi yandı

Hadisə

12 İyun 2024, 08:00

Avtomobil təmiri sexi və təmirə gəlmiş avtomobil yanıb.

 

 Modern.az xəbər verir ki, hadisə ötən gecə saatlarında  Qəbələ şəhəri, E.Kərimov küçəsində 1961-ci il təvəllüdlü Hacıyev Rauf Balabəy oğluna məxsus avtomobil təmiri sexlərində baş verib.

 

Yanğın yerinə Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyyəti cəlb olunub.

 

Yanğın zamanı ümumi sahəsi 574 k/m  və 15  avtomobil təmiri sexindən ibarət olan ərazinin, 140 k/m hissəsi, 5 ədəd təmir sexi və həmin  sexlərin birində olan təmir üçün gəlmiş bir ədəd minik avtomobili yanıb . Avtomobil təmiri sexinin qalan hissəsi yanğından müfafizə olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi