Modern.az

Culfada kombayn və taxıl sahəsi yandı - FOTO

Culfada kombayn və taxıl sahəsi yandı - FOTO

Hadisə

13 İyun 2024, 16:36

Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

 

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadrat metr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var