Modern.az

Ocaq qalamaq istədi, özünü yandırdı

Ocaq qalamaq istədi, özünü yandırdı

13 İyun 2024, 23:21

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.

 

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi