Modern.az

Özündən iki yaş kiçik həmkəndlisini ÖLDÜRDÜ

Özündən iki yaş kiçik həmkəndlisini ÖLDÜRDÜ

Hadisə

14 İyun 2024, 00:56

İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Ordubad rayon prokurorluğundan məlumat verilib.

 

Araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.

 

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var