Modern.az

İlyas Tapdıqın baxımsız məzarı - Keçmiş deputat şairin məşhur qızını QINADI

İlyas Tapdıqın baxımsız məzarı - Keçmiş deputat şairin məşhur qızını QINADI

Hadisə

14 İyun 2024, 13:20

Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb.

Modern.az xəbər verir ki, görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.

Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb.

“Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır”, - deyə E.Hüseynov bildirib.

Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat etmişdi. OnuBadamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar.



A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var