Modern.az

32 yaşlı kişini öldürən şəxs tutuldu - YENİLƏNİB

32 yaşlı kişini öldürən şəxs tutuldu - YENİLƏNİB

Hadisə

15 İyun 2024, 09:23

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Araşdırma aparılır.

 

***

14.06.2024/22:52

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var