Modern.az

Lənkəranda maşın su kanalına aşdı - Xəsarət alanlar var

Lənkəranda maşın su kanalına aşdı - Xəsarət alanlar var

15 İyun 2024, 15:45

Lənkəranda yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.

 

Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

 

Qəzada avtomobildə olan 4 nəfərdən üçü- sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A. Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.



Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var