Modern.az

\"Kia\" yanıb kül oldu 

\

15 İyun 2024, 19:33

Ələt-Astara avtomobil yolunda avtomobil yanıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun 85-ci km-də, Biləsuvar rayonuna düşən hissəsində qeydə alınıb.

 

Belə ki, Şahmurad Nurinin idarə etdiyi "Kia" markalı minik avtomobili qəfil alışmağa başlayıb. Hadisə yerinə FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunsa da, avtomobil tamamilə yanaraq, sıradan çıxıb.

 

İlkin məlumata görə, yanğına nəqliyyat vaitəsinin elektrik sistemindəki nasazlıq səbəb olub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var