Modern.az

Balıq tutmaq istəyirdi, qarmaq ürəyinə batıb öldü...

Balıq tutmaq istəyirdi, qarmaq ürəyinə batıb öldü...

Hadisə

15 İyun 2024, 22:19

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

 

Moder.az "Report"a istinadən xəbər verir ki, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var