Modern.az

Hacıqabulda 14 yaşlı qız evlənmək məqsədi ilə QAÇIRILDI

Hacıqabulda 14 yaşlı qız evlənmək məqsədi ilə QAÇIRILDI

Hadisə

20 İyun 2024, 15:30

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

 

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?