Modern.az

Qərb bölgəsində güclü külək: Ağaclar insanların üzərinə aşdı

Qərb bölgəsində güclü külək: Ağaclar insanların üzərinə aşdı

20 İyun 2024, 22:13

Xəbər verdiyimiz kimi, Qərb bölgəsində güclü külək əsib.

 

Modern.az-ın məlumatına görə, güclü külək fəsadlar törədib.

 

Yevlax rayonunun bir sıra yaşayış məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.

 

Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb. Hazırda Yevlax Şəhər İcra Hakimiyyəti və rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.

 

İlkin məlumata görə Tərtərdə güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

 

"Report" bildirir ki, Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

 

Göygöldə isə üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb. Hafisə Çaylı kəndində qeydə alınıb. Hadisə zamanı xəsarət alan 2006-cı il təvəllüdlü T.Zeynalov və 2008-ci il təvəllüdlü İ.Rzazadə əvvəlcə Göygöl Mərkəzi rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

 

Onların hər ikisinə kəllə-beyin travması diaqnozu qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq