Modern.az

Güclü külək Mingəçevirə ziyan vurdu - ÖLƏN VAR

Güclü külək Mingəçevirə ziyan vurdu - ÖLƏN VAR

Hadisə

21 İyun 2024, 10:36

Mingəçevirdə dünən baş verən güclü külək ciddi fəsadlar yaradıb.

 

Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqların qırılaraq yerə düşürüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə yaranıb, 1 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşərək sürücüyə xəsarət yaradıb,  Z.Həsənova 2-də 1 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünü uçurub, 5 nəfər şəhər sakini ağac aşması nəticəsində xəsarət alıb.

 

Məlumata görə, ağac aşması nətiəsində 1 nəfər Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu vəfat edib

 

"Xəsarət alanlara təcili yardımlar rfilib. 17 000 abonentin (48%) elektrik enerjisinin təchizatında 10 saat fasilə yaranıb.  Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyata və hərəkətə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanıb, hazırda bərpa işləri davam etdirilməkdədir", - sorğuya cavab olaraq bildirilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq