Modern.az

Şabranda evə basqın olub - Ölən və yaralanan var

Şabranda evə basqın olub - Ölən və yaralanan var

24 İyun 2024, 09:16

Şabran rayonunda evə basqın olub.

 

Modern.az-ın məlumatına görə, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

 

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu