Modern.az

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı

Hadisə

24 İyun 2024, 10:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI