Modern.az

Bakıda qətlə yetirilən polislərin FOTOSU

Bakıda qətlə yetirilən polislərin FOTOSU

Hadisə

24 İyun 2024, 10:24

Bakıda qətlə yetirilən polis əməkdaşlarının kimliyi açıqlanıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi həlak olan polis əməkdaşlarının kimliyini və fotolarını açıqlayıb.

 

Məlumata görə, həlak olanlar polis serjantları Eldəniz Məmmədov, Mahir Ağayev, Mirəli Heydərovdur.

 

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

 

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı