Modern.az

Bakıda 3 polisi öldürən şəxsin FOTOSU

Bakıda 3 polisi öldürən şəxsin FOTOSU

Hadisə

24 İyun 2024, 12:16

Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

 Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, Gununsesi.info polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında bəzi məlumatlar əldə edib.

Bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci  (dələduzluq) maddəsi ilə axtarışda olub.

Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.

Onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.

Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub.

Onun evində olmasına dair polisin əldə etdiyi məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

Zərərsizləşdirilən şəxsin fotosunu təqdim edirik.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı