Modern.az

Lənkəranda itkin düşən 35 yaşlı kişi körpüdən yıxılaraq ölüb

Lənkəranda itkin düşən 35 yaşlı kişi körpüdən yıxılaraq ölüb

Hadisə

24 İyun 2024, 16:18

Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

Modern.az-ın məlumatına görə, bu gün rayonun Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oğlunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi