Modern.az

Sel Qusarçayın sahilini yudu

Sel Qusarçayın sahilini yudu

24 İyun 2024, 20:51

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

 

Modern.az xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir. Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

 

Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

 

Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

 

Çayda suyun səviyyəsi azalandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var