Modern.az

Lənkəranda yaşayış binasında yanğın - 90 yaşlı qadın öldü

Lənkəranda yaşayış binasında yanğın - 90 yaşlı qadın öldü

Hadisə

25 İyun 2024, 08:43

Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Girdəni kəndində baş verib.

 

Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib.

 

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB