Modern.az

Qazaxda 5 otaqlı ev və maşın YANDI

Qazaxda 5 otaqlı ev və maşın YANDI

25 İyun 2024, 13:57

Qazax rayonunun Canalı kəndində yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m², dam örtüyü 150 m² sahədə, həyətdə dayanan “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri və əraziyə yığılan 1,6 ton ot bağalamasının 0,8 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB