Modern.az

Bakıda gənc başından GÜLLƏLƏNDİ

Bakıda gənc başından GÜLLƏLƏNDİ

Hadisə

26 İyun 2024, 21:40

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Bakının Nərimanov rayonunda gənc oğlan başından güllələnib.

 

Modern.az xəbər verir ki, hadisə "Metro Park" ticarət mərkəzinin qarşısında baş verib.

 

DİN-in Mətbuat Xudmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir