Modern.az

Ağsuçay məcardan çıxdı - Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi

Ağsuçay məcardan çıxdı - Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi

27 İyun 2024, 12:57

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.

 

Modern.az xəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır.

 

Aramsız yağan leysan yağışlarından sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb. Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.

 

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB