Modern.az

Zaqatalada ev tamamilə YANDI

Zaqatalada ev tamamilə YANDI

Hadisə

27 İyun 2024, 13:48

Zaqatalada yaşayış evi tamamilə yanıb.

 

Modern.az xəbər verir ki, yanğın Zaqatala rayonu Aşagı Çardaxlar kəndində, kənd sakini 1979-cu il təvəllüdlü Qocayev Eldəniz Abakar oğluna məxsus fərdi yaşayış evində baş verib.

 

Yanğın yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 k/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?