Modern.az

Kürdəmirdə göldə bir nəfər batıb

Kürdəmirdə göldə bir nəfər batıb

Hadisə

27 İyun 2024, 17:08

Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda axtarış işləri həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?