Modern.az

Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var - YENİLƏNİB

Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var - YENİLƏNİB

Hadisə

27 İyun 2024, 22:42

Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

 

Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

 

***

22:34

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

 

Yanğın nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanadadır.

 

***

22:18

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

 

İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.

 

Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?