Modern.az

İcra başçısının müavini Lerikdəki zəlzələdən DANIŞDI

İcra başçısının müavini Lerikdəki zəlzələdən DANIŞDI

Hadisə

28 İyun 2024, 08:44

Xəbər verdiyimiz kimi,Lerik stansiyasından 27 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

 

Modern.az mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

 

İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov saytımıza açıqlamasında bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı rəsmi məlumata görə, zəlzələ Lerik rayonunda 5 bal gücündə hiss olunub.

 

Qurum rəsmisi qeyd edib ki, hələlik zəlzələnin fəsadları ilə bağlı rayon icra hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb, əgər müraciətlər daxil olarsa Komissiyanın əməkdaşları zərər dəyən evlərə və obyektlərə baxış keçirib qiymətləndirəcəklər. 

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?