Modern.az

Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT

Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT

Hadisə

29 İyun 2024, 09:55

Xəbər verdiyimiz kimi, son günlər aramsız yağışlar Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində təhlükəli vəziyyət yaradıb.

 

Modern.az kənddəki son vəziyyəti öyrənmək üçün Qubalıbaloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov ilə əlaqə saxlayıb.

 

O bildirib ki, vəziyyət hazırda yaxşıdır.

 

"Dünən bəndin suları kəsilib, axının qarşısı demək olar tamamilə alınıb. Sel gəlməyə davam edir, amma daha çox fəsad verməsi gözlənilmir. Bundan sonrası üçün lazımi tədbirlər görülüb. 40 metrə qədər bənd çəkildi. İndi isə seldən geri qalan lil təmizlənir. Bütün fəsadlar aradan qaldırılması üçün işlər aparılır".

 

Qeyd edək ki, Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?