Modern.az

Tərtərdə ağır qəza - Yaralılar var

Tərtərdə ağır qəza - Yaralılar var

Hadisə

29 İyun 2024, 15:58

Tərtərdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?