Modern.az

İsmayıllıda torpaq sürüşməsi: İnsanlar başqa əraziyə köçürülür 

İsmayıllıda torpaq sürüşməsi: İnsanlar başqa əraziyə köçürülür 

Hadisə

29 İyun 2024, 19:45

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

 

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?