Modern.az

Ov silahı ilə qətlə yetirildi 

Ov silahı ilə qətlə yetirildi 

Hadisə

30 İyun 2024, 00:44

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?