Modern.az

"Mercedes" qoyun sürüsünü vurdu - 15 heyvan öldü, çoban yaralandı

Hadisə

1 İyul 2024, 01:07

Kürdəmirdə yol qəzası zamanı 15 heyvan tələf olub, sahibi isə ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Muğanlı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçən qoyun sürüsünü vurub.

 

Qəza nəticəsində avtomobilə xeyli zərər dəyib.

 

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan heyvan sahibi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hadisənin dəqiq başvermə səbəbi araşdırmaların sonunda bəlli olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ