Modern.az

Sumqayıtda yeniyetmələr arasında dava - İki nəfər bıçaqlandı

Sumqayıtda yeniyetmələr arasında dava - İki nəfər bıçaqlandı

Hadisə

1 İyul 2024, 09:52

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

Modern.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ