Modern.az

İki maşın traktorla toqquşdu - Yaralılar var 

İki maşın traktorla toqquşdu - Yaralılar var 

Hadisə

2 İyul 2024, 23:50

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İki minik avtomobili və traktorun toqquşması nəticəsində xəsarət alanlar olub.

 

Modern.az xəbər verir ki, yol qəzası Ələt-Astara avtomobil yolunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2107" traktora çırpılıb. Qəza nəticəsində xəsarət alanlar - Raziyə Quliyeva, Bəhram Quliyev, Kənan Cavadov və Fidan İsmayılzadə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”