Modern.az

Niyə köhnə avtomobillər yol qəzalarında çoxluq təşkil edir?

Niyə köhnə avtomobillər yol qəzalarında çoxluq təşkil edir?

Hadisə

3 İyul 2024, 16:14

Son günlər baş verən yol-nəqliyyat hadisələrinə nəzər saldıqda qəza törədən avtomobillərin yaşının 10-dan yuxarı olduğunu görürük. Avtomobillərin yaşının çox olması qəza ehtimalını nə qədər artırır? Azərbaycanda yaşı çox olan avtomobillər neçə faiz təşkil edir? Ölkədə avtomobil parkının yenilənməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda ümumi avtomobil parkının təxminən 70%-ni yaşı 10-dan yuxarı olan avtomobillər təşkil edir:

“Nəzərə alsaq ki, rəsmi qeydiyyatda 1 milyon 200 min işlək avtomobil var, bu böyük göstəricidir. Burada konkret olaraq hansı markaların qəzalarda daha çox payı var deyə bilmərik”.

Ekspert bildirib ki, qəzalara səbəb sürücünün səriştəsizliyi, yaşı, digər amillər də ola bilər:

“Bir müddət əvvəl qəzaların əksəriyyətində "Toyota prius" markalı avtomobillərin adı hallanırdı. Son təmzimləmələrdən sonra bu avtomobillər gündəmdən düşdü. Ona görə də konkret olaraq bir marka adı çəkə bilmərik. Amma onu deyə bilərik ki, ili köhnə olan avtomobillərin qəzalarda müəyyən payı var. Statististikaya baxdıqda görürük ki, təqribən 10 qəzadan 60-70%-i sürücü ucbatından, geridə qalan hissəsi digər amillər səbəbindən baş verir”.

A.Əsədov qeyd edib ki, dövlət tərəfindən ölkənin avtomobil parkının yenilənməsinə dəstək verilməlidir:

“Bu, ilk növbədə insanlara, sonra isə ölkə iqtisadiyyatına xeyirdir. Köhnə avtomobilə nə qədər yeni ehtiyat hissələri qoysaq da, o köhnədir. Yenilənmənin birtərəfli edilməsi demək olar mümkün deyil. Burada mütləq dövlət dəstəyinə ehtiyac var. Gömrük rəsmiləşdirmələri, beynəlxalq daşınmalar və s. məsələlərdə bu dəstək mütləqdir. Yenilənmə nə qədər kütləvi də olsa, dövlət dəstəyi olmadan tamamilə həyata keçməsi mümkün deyil”.
 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”